İran növbəti raket sınağını keçirib

2025/06/1749633943.jpg
Oxunub: 414     13:17     11 İyun 2025    
İran hərbi qüvvələri iki ton ağırlığında döyüş başlığı olan raketin uğurlu sınağını keçirib.

Ordu.az Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İranın müdafiə naziri Əziz Nasirzadə bildirib.

"Keçən həftə biz iki ton döyüş başlığı olan raketi uğurla sınaqdan keçirdik. Sınağın nəticələri əladır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, İranın müdafiə potensialının artırılmasında əhəmiyyətli addımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket   Sınaq  


Bizi "telegram"da izləyin