İtaliya SAMP/T-ni Estoniyaya yerləşdirir

2025/06/1749631335.jpg
Oxunub: 334     11:38     19 İyun 2025    
İtaliya bu ilin sonuna qədər Estoniyaya SAMP/T uzun mənzilli hava hücumundan müdafiə sistemini yerləşdirəcək.

Ordu.az xəbər verir ki, qərar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında verilən birgə bəyanatda açıqlanıb.

Sistem “Ämari” aviabazasında yerləşdiriləcək. Eyni bazada yerləşdiriləcək İtaliya döyüş təyyarələri də NATO-nun Baltik Hava Polisi Missiyası çərçivəsində Estoniya hava məkanında patrul missiyası yerinə yetirməyə başlayacaq.

Estoniyanın müdafiə naziri Hanno Pevkur və İtaliyanın müdafiə naziri Quido Krosetto birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd edilib:

“SAMP/T-nin “Ämari” aviabazasına yerləşdirilməsi müttəfiqlərin təhlükəsizliyinin bölünməzliyinin nümayişidir, Alyansın müttəfiq ərazilərini, əhalisini və qüvvələrini hava və raket təhdidlərindən qorumaq əzmini əks etdirir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   SAMP/T   Estoniya  


Bizi "telegram"da izləyin