Ordu.az xəbər verir ki, məsləhətləşmələr zamanı Türkiyənin müdafiə sənayesindəki imkanları vasitəsilə Aİ ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi də gündəmdə olacaq.
Türkiyənin Avropa təhlükəsizliyində əhəmiyyəti getdikcə daha aydın görünür.
Avropa təhlükəsizliyinin mühüm gündəm maddələrindən biri olacaq, iyunun 24-25-də Haaqada keçiriləcək NATO Zirvəsi öncəsi bu gün Brüsseldə Türkiyə ilə Aİ arasında Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) ilə bağlı məsləhətləşmələr keçiriləcək.
Məsləhətləşmələrdə Türkiyənin hazırladığı pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar və quru platformaları, radioelektron mübarizə və radar sistemləri, sursat və raket sistemləri, dəniz sistemləri sahələrində Aİ ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də müzakirə olunacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az