İndoneziyada tarixi “Kaan” müqaviləsi: 48 təyyarəlik böyük satınalma gündəmdədir

2025/06/1749630935.jpg
Oxunub: 763     13:30     11 İyun 2025    
Jurnalist Hakan Çelik Türkiyənin İndoneziya ilə dəyəri 10 milyard dollardan çox olan 48 Milli Döyüş Təyyarəsi “Kaan”ın satışına dair tarixi razılaşmaya çox yaxın olduğunu iddia edib.

Ordu.az xəbər verir ki, bu iddia iki ölkə arasında “Kaplan MT” tankından tutmuş pilotsuz uçuş aparatlarına qədər dərin strateji tərəfdaşlığın ən yüksək səviyyəyə daşınması anlamına gəlir.

Türkiyənin müdafiə və aviasiya sənayesindəki ən iddialı layihəsi olan Milli Döyüş Təyyarəsi “Kaan” ilk beynəlxalq müştərisini qarşılamağa hazırlaşır.

Jurnalist və proqram prodüseri Hakan Çelik İndoneziyanın paytaxtı Cakartadan verdiyi məlumatda iki ölkə arasında müdafiə sənayesi tarixinin ən böyük müqavilələrindən birinin imzalanmaq üzrə olduğunu açıqlayıb.

Çelikin sözlərinə görə, Cakartada keçirilən “Indo Defence 2025” sərgisində Türkiyəni Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgünün təmsil etdiyi yüksək səviyyəli təmaslar nəticəsində İndoneziyanın 48 ədəd “Kaan” döyüş təyyarəsi almasını nəzərdə tutan layihə son mərhələyə çatıb.

Layihənin 10 illik müddəti əhatə edəcəyi və ümumi dəyərinin 10 milyard dollardan çox olacağı bildirilir.

Jurnalist Hakan Çelik mövzu ilə bağlı həyəcanını bu sözlərlə dilə gətirib:

“Türkiyə tarixinin ən böyük razılaşmalarından birinə saatlar qalıb. İndoneziya 48 “Kaan” alacaq. 10 illik layihənin dəyəri 10 milyard dollardan çoxdur. MSK sədri Haluk Görgünün bu layihənin həyata keçirilməsində böyük əməyi var”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin