Ordu.az xəbər verir ki, Britaniya Kral HHQ-yə məxsus 2 “Eurofighter Typhoon” döyüş təyyarəsi Kalininqrad hava məkanını tərk edən iki Rusiya kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün Polşadakı “Malbork” aviabazasından havaya qalxıb.
Sözügedən döyüş təyyarələri NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasını dəstəkləmək üçün “Malbork”da yerləşdirilib.
“Army Recognition” nəşrinin məlumatına görə, “Eurofighter Typhoon” döyüş təyyarələri hava məkanının pozulmasına sürətli reaksiya, hava üstünlüyü, taktiki kəşfiyyat və radioelektron mübarizə kimi vəzifələr üçün təchiz edilib.
Əvvəlcə Britaniya Kral HHQ-nin pilotları NATO kod adı CLANK ilə tanınan “Antonov An-30” kəşfiyyat təyyarəsini aşkar ediblər.
Sovet dövründən qalma ikimühərrikli turboprop “An-30” xüsusi olaraq yüksək ayırdetməli aerofotoqrafiya və xəritəçəkmə missiyaları üçün hazırlanıb.
Kalininqraddan ayrılaraq, NATO-nun müşahidə zonasına yaxınlaşan təyyarə vizual olaraq tanındıqdan sonra “Typhoon”lar tərəfindən təhlükəsiz məsafədən müşayiət olunub və izlənilib.
Sevinc Əliyeva
Ordu.az