Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Britaniya uzun müddət idi ki, aviadaşıyıcı gəmi əməliyyatları üçün yalnız qısa qalxma və şaquli enmə (STOVL) xüsusiyyətinə sahib F-35B variantına diqqət yetirirdi.
Ancaq indi o, adi qaxlma və enmə xüsusiyyətinə malik F-35A-nı inventara daxil etmək niyyətini açıqlayıb.
Britaniyanın müdafiə naziri Mariya İql açıqlamasında deyib: “Strateji Müdafiə planımız inventarımızdakı “Typhoon”ların təkmilləşdirilməsini, F35B və F35A-ların birlikdə istifadəsini nəzərdə tutur”.
Britaniyanın yeni nəşr olunan Strateji Müdafiə İcmalına adi enmə-qalxma icra edə bilən təyyarələrə istinadlar daxil edilib.
Sənəddə qeyd edilib: “Növbəti onillikdə daha çox F-35-ə ehtiyacımız olacaq. Bu, hərbi tələblərdən asılı olaraq F-35A və B modellərinin qarışığından ibarət ola bilər, beləliklə, daha çox istəyə bağlı seçimlər təmin edilə bilər”.
Mütəxəssislər bu istinadı Britaniyanın NATO-nun nüvə paylaşma missiyasındakı mümkün gələcək rolu ilə bağlı olaraq şərh ediblər.
Bu tənzimləmə o deməkdir ki, nüvə silahı olmayan ölkələr ABŞ-nin nüvə silahlarını yerləşdirə və müharibə zamanı onlardan istifadə edə bilər.
Sevinc Əliyeva
Ordu.az