Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin ehtiyacları üçün ötən il 1059 ədəd “Cobra II” 4x4 zirehli vasitəsinin tədarükü üçün müqavilə imzalayan “Otokar” iddialı tədarük cədvəlinə görə Sakaryadakı obyektlərində intensiv işləri davam etdirir.
Türkiyədə istehsal olunan ilk “Cobra II” avtomobilləri Rumıniyaya gəlib.
Avtomobil tədarükü müqaviləsi çərçivəsində Türkiyədə istehsal ediləcək ilk 278 ədəd “Cobra II” Sakarya fabrikində istehsal ediləcək. Bu avtomobillər üçün yerli istehsalçılar tərəfindən təmin ediləcək alt sistemlər Rumıniyada inteqrasiya olunacaq.
Türkiyənin müdafiə sənayesində imzaladığı ən böyük tək quru platforması ixrac müqaviləsi çərçivəsində “Cobra II” avtomobilləri qarşıdakı mərhələdə ilk dəfə xaricdə istehsal ediləcək.
Rumıniya Müdafiə Nazirliyinə ilk avtomobil tədarükünün 2025-ci ilin son rübündə başlanması gözlənilir. Layihə çərçivəsində Rumıniyanın ehtiyac və tələblərinə uyğun müxtəlif missiyalar üçün uyğun “Cobra II” variantları istehsal ediləcək.
Rumıniya Avropada “Otokar”ın müdafiə sənayesi həllərindən istifadə edən 9-cu ölkə olacaq.
Sevinc Əliyeva
Ordu.az