“Leonardo” və “Baykar”dan strateji tərəfdaşlıq: “LBA Systems”

2025/06/1749628479.jpg
Oxunub: 921     10:33     12 İyun 2025    
Türkiyə müdafiə sənayesinin lider şirkəti olan “Baykar” və İtaliyanın müdafiə və aviasiya nəhəngi “Leonardo” “LBA Systems” adı altında strateji ortaqlıq qurduqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tərəfdaşlıq “Paris Airshow 2025” sərgisində geniş şəkildə ictimaiyyətə təqdim ediləcək.

“Leonardo” CEO və baş meneceri Roberto Cinqolani yayımlanan tanıtım videosunda aşağıdakı bəyanatı verib:

“Leonardo” və “Baykar” arasındakı güclü sinerji bu müştərək müəssisənin ən böyük gücüdür. Biz “Leonardo”nun qabaqcıl elektronika, sensorlar, kameralar və faydalı yük texnologiyalarını “Baykar”ın müxtəlif ölçülü və tutumlu qabaqcıl Pilotsuz Uçuş Aparatı (PUA) platformaları ilə bir araya gətiririk”.

“Baykar” İdarə Heyətinin sədri və CTO-su Selçuk Bayraktar isə aşağıdakı qiymətləndirməni verib:

“LBA Systems” bir vizyonu paylaşan iki mühəndislik nəhəngini bir araya gətirir. “Baykar”ın sahədə sübut olunmuş PUA texnologiyaları və “Leonardo”nun Avropadakı sistem inteqrasiyası təcrübəsi güclü bir ittifaq yaradır. Gəlin Parisdə görüşək, əlaqə saxlayaq və bu həyəcanlı günlərə birlikdə şahid olaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Baykar  


Bizi "telegram"da izləyin