Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“INDO Defence 2025” Sərgi və Konfransı İndoneziya Müdafiə Nazirliyi tərəfindən “Qlobal Sülh və Sabitlik naminə Müdafiə Tərəfdaşlığı” mövzusunda keçirilir.
Dörd gün davam edəcək tədbirdə dünyanın hər yerindən, xüsusən də Cənub-Şərqi Asiya ölkələrindən rəsmi nümayəndə heyətlərinin və müdafiə sənayesi istehsalçılarının iştirakı gözlənilir.
Bölgənin ən əhəmiyyətli müdafiə sərgisi olan “INDO Defence 2025”də Türkiyə MSK-nin rəhbərliyi və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə Türkiyənin 29 müdafiə sənayesi şirkəti iştirak edir.
“INDO Defence 2025”-də iştirak edən Türkiyə şirkətləri bunlardır:
3E ELEKTRO OPTİK SİSTEMLER
ABRAMAK
AEROMAC
ANOVA
ARMELSAN
ASELSAN
ASSAN
BAYKAR
EFOR GLOBAL
ELSİS
GARANTİ GİYİM
HAVELSAN
KARMETAL
KAYACI SAVUNMA
KOLUMAN
MKE
NUROL MAKİNA
REPKON
ROKETSAN
SARSILMAZ
SDT
SENSORSAN
STM
TAIS
TİMSAN
TRANSVARO
TURMAKS
TUSAŞ
YONTECH (YONCA TEKNİK)
Sevinc Əliyeva
Ordu.az