Ordu.az xəbər verir ki, ilk təyyarə istehsal xəttindən çıxıb və bu payızda Belçikaya təhvil veriləcək.
Belçika 2018-ci ildə 3,6 milyard avroluq (4,1 milyard dollar) müqavilə ilə ABŞ istehsalı olan F-35A modelini seçib. Tədarüklərin 2023-cü ilin sonunda başlaması planlaşdırılırdı, lakin Birgə Hücum Təyyarəsi (Joint Strike Fighter) proqramında gecikmələr səbəbindən proses ləngiyib.
Fevral ayında verdiyi müsahibədə Belçika Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina bu gecikmənin Ukraynaya göndərilməsi planlaşdırılan, istismardan çıxarılan 30 F-16-nın transferinə də təsir etdiyini bildirib.
Belçikada 50-dən çox F-16 təyyarəsi var və bu təyyarələrin 2028-ci ilin sonuna qədər inventardan çıxarılması planlaşdırılır. Bu proses həm də F-16-nın Ukraynaya çatdırılmasına zəmin yaradacaq.
Sevinc Əliyeva
Ordu.az