Ordu.az xəbər verir ki, 313 bort nömrəli döyüş təyyarəsi saat 15:26-da “Graf Ignatievo” aviabazasına eniş edib.
Təyyarə yüksək rütbəli hərbçilər tərəfindən qarşılanıb.
Bu çatdırılma Bolqarıstan Hərbi Hava Qüvvələrinin F-16 platformasına keçidində mühüm addımlardan biri hesab olunur. Bolqarıstanın Baş Qərargah rəisi, admiral Emil Eftimov vurğulayıb ki, ilk müqavilə çərçivəsində təhvil veriləcək 8 təyyarənin ilin sonuna kimi başa çatdırılması və ilkin istismar gücünə vaxtında çatması hədəflənir.
Aprel ayında alınan ilk təyyarə təlim versiyası idi. Bolqarıstan 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 2027-ci ilin sonuna qədər ümumilikdə 16 ədəd “F-16 Block 70” döyüş təyyarəsi alacaq.
Sevinc Əliyeva
Ordu.az