TS1400 “Gökbey” mühərriki tamamlanmaq üzrədir: Türkiyə mülki təyyarə mühərriki istehsalına yaxınlaşır

2025/06/1749535889.jpg
Oxunub: 402     12:12     11 İyun 2025    
TEI baş direktoru Mahmut Akşit “TS1400 Gökbey” milli helikopter mühərrikinin mülki sertifikatlaşdırma prosesinin tamamlanmaq üzrə olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Akşit bu mühərrikin beynəlxalq mülki sertifikatlı mühərrik olacağını deyib.

“Bir sərnişin təyyarəsi mühərrikinin keçdiyi bütün proseslərdən keçirik”, - deyə o qeyd edib.

TEI baş direktoru bu prosesin son dərəcə çətin və dəqiq yoxlama tələb etdiyini vurğulayıb.

“Bütün sınaqlar beynəlxalq inspektor-hakimlərin iştirakı ilə keçirilir. Yalnız bu yolla “Bu mühərrik mülki sərnişinləri daşıya bilər” sertifikatını əldə etmək olar”, - deyə o bildirib.

Mühərrikin performansına da toxunan Akşit deyib: “Mühərrik 1740 at gücünü aşdı. “Gökbey” helikopterinin tələb etdiyi davamlı maksimum güc 1298 at gücüdür. Yəni helikopter üçün çox rahat güc səviyyəsindəyik”.

O, həmçinin qeyd edib ki, mühərrik beynəlxalq standartlara uyğun ömür sınaqlarından uğurla keçib və hələ də işləyir.

Akşit bildirib ki, sertifikatlaşdırma prosesi tamamlandıqdan sonra TS1400 mühərriki “Gökbey helikopteri ilə birlikdə satışa təqdim ediləcək.

“Mühərrikimiz hazırdır. Sertifikatlaşdırmanın başa çatması ilə biz beynəlxalq bazara güclü şəkildə çıxa biləcəyik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TS1400   Gökbey  


Bizi "telegram"da izləyin