ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstan və Özbəkistana səfər edəcək

2025/06/1749464827.jpg
Oxunub: 367     13:50     09 İyun 2025    
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək.

Ordu.az Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.

Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.

"Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək", - XİN-in məlumatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qazaxıstan   Özbəkistan  


Bizi "telegram"da izləyin