Macarıstan ilk “L-39 Skyfox” yüngül döyüş təyyarələrini təhvil alıb

2025/06/1749452062.jpg
Oxunub: 475     13:46     09 İyun 2025    
Macarıstan müdafiə sənayesi istehsalçısı “Aero Vodochody”dən ilk üç “L-39 Skyfox” təlim təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, Macarıstan Hərbi Hava Qüvvələri üçün sifariş edilən 12 ədəd “Skyfox” təyyarəsindən ibarət eskadrilyanın ilk üç ədədlik partiyası ordunun istifadəsinə verilib.

Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky təhvilvermə mərasimində bildirib: “Hava məkanımızın qorunması çox vacibdir. “L-39 Skyfox” tipli hərbi təlim və yüngül döyüş təyyarələri yalnız Macarıstan Hərbi Hava Qüvvələrinin imkanlarını artırmır, eyni zamanda Macar xalqının təhlükəsizliyini də təmin edir”.

Təyyarələr, həmçinin qitə səviyyəsində adaptiv və qarşılıqlı işlək pilot təlimi təmin edən “NATO Flight Training Europe” proqramının Macarıstan bölməsi ilə inteqrasiya olunacaq.

“Aero”nun Macarıstanın L-39 parkına təqdim etdiyi xidmətlərə yerüstü dəstək avadanlıqları, simulyatorlar və ekipaj üçün geniş təlim proqramı daxildir.

“L-39 Skyfox” Çexiyada hazırlanıb və istehsal olunub, əsasən təlim və yüngül döyüş missiyaları üçün nəzərdə tutulmuş səs sürətindən aşağı reaktiv və taktiki təyyarədir.

Təyyarə saatda 907 km maksimal sürətə, 11.500 metr maksimal uçuş hündürlüyünə və 4 saat 30 dəqiqəlik əməliyyat davamlılığına sahibdir.

İstifadəçiləri arasında mart ayında sonuncu partiya təyyarələri təhvil alan Vyetnam da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   L-39   Skyfox  


Bizi "telegram"da izləyin