Moskva vilayətində Ukraynanın PUA hücumu nəticəsində 2 nəfər yaralanıb

2023/09/1693889688.jpg
Oxunub: 438     10:41     07 İyun 2025    
Moskva vilayətində Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir kişi və bir qadın yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, gecə saatlarında Moskva vilayəti ərazisində- Zaraysk, Odintsovo, Domodedovo, İstra və Solneçnoqorskda 9 PUA vurulub.

"Təəssüf ki, yaralananlar olub. İstradakı "Yubileiny" SNT sakinləri olan bir kişi və bir qadın yaralanıb. Hazırda onlara yardım göstərilir. Yaşayış binasına da ziyan dəyib"

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   PUA  


Bizi "telegram"da izləyin