Danimarka Baş naziri: "Ukrayna özünü müdafiə etməkdə uğurlu görünür"

2025/06/1748860064.jpg
Oxunub: 446     14:10     02 İyun 2025    
Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın Rusiya aviabazalarına son hücumları zamanı Kiyevin özünü müdafiə etməkdə uğurlu göründüyünü bildirib.

Ordu.az-ın “Reuters“ə istinadən verdiyi xəbərə görə, o, Litvanın paytaxtı Vilnüsdə keçirilən Şimali, Baltikyanı və Şərqi Avropa liderlərinin görüşündə çıxışı zamanı Ukraynanın “özünü müdafiə etmək hüququna malik olduğunu və bəzən bunun hücumla cavab verməyi tələb etdiyini” qeyd edib.

Frederiksen, həmçinin Avropanın yenidən silahlanmasının və Şərq cinahının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ukraynanın daxili kəşfiyyat xidməti Rusiya aviabazalarına edilən hücumların “Hörümçək toru əməliyyatı” çərçivəsində planlaşdırıldığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin