Ordu.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti üç mənbəyə istinadən yazıb.
Diplomatik missiyanın yeni rəhbəri Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Verşinin olacaq.
O, 2017-ci ildən Rusiyanın Türkiyədəki səfiri vəzifəsini icra edən Aleksey Yerxovu əvəz edəcək.
Verşinin 2018-ci ilin martından nazir müavini vəzifəsində çalışıb, bundan əvvəl Rusiya XİN-in Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru olub. Eyni zamanda, 2011-ci ildən xarici işlər nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.
Ordu.az