Zelenski Litvaya gedib

2025/05/1747321797.jpg
Oxunub: 445     12:51     02 İyun 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində iştirak etmək üçün Vilnüsə gedib.

Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.

"Litva paytaxtında keçiriləcək sammit çərçivəsində tədbir iştirakçıları ilə ikitərəfli görüşlər planlaşdırılıb", - o qeyd edib.

Daha əvvəl verilən məlumata görə, sammit zamanı Alyansın şərq cinahının təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi, Ukraynaya dəstək və digər məsələlər müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Litva  


Bizi "telegram"da izləyin