Belarus Prezidenti Çinə səfər edəcək

2024/11/1732519106.jpg
Oxunub: 470     10:12     02 İyun 2025    
Belarus Prezidenti Aleksandr Lukaşenko 2-4 iyun tarixlərində Çinə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə BELTA prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

İki ölkənin liderləri Aleksandr Lukaşenko və Si Cinpin əvvəlcə təkbətək formatda görüş keçirəcəklər. Onlar Belarus-Çin münasibətlərinin vəziyyətini və birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin irəli sürülməsi hesabına əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər proqramında bir sıra digər danışıqlar və görüşlər də nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Prezident   Çin  


Bizi "telegram"da izləyin