ABŞ nüvə aviabombalarının istehsalına başlayacaq

2025/04/1745658495.jpg
Oxunub: 499     00:27     30 May 2025    
Amerika Birləşmiş Ştatları strateji aviasiyaya aid təyyarələrin təchiz olunacaq B61-13 (B61 Mod 13) yenilənmiş nüvə aviabombasının silsiləvi istehsalına başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Milli Nüvə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “B61-13” aviabombası 360 kiloton gücündədir. Bu yeni bombanı ABŞ-nin nüvə arsenalında yer alan ən güclü başlıqlardan birinə çevirəcək.

Aviabombanın hər ədədinin istehsalı ABŞ hökumətinə təxminən 30 milyon dollara başa gələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-aviabombası  


Bizi "telegram"da izləyin