İsrail ABŞ-nin Qəzzada atəşkəs təklifini qəbul edib - YENİLƏNİB

2025/04/1743661197.jpg
Oxunub: 542     19:48     29 May 2025    
İsrail hökuməti ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun girovların azad edilməsi və atəşkəslə bağlı yeni planını qəbul edib.

Ordu.az “Channel 12”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Biz Uitkoffun son planını qəbul etməyə razıyıq. HƏMAS hələ cavab verməyib", - B.Netanyahu girovların ailələri ilə görüşdə bildirib.

***

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza sektorunda atəşkəs təklifini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin