ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb

2025/05/absh-1748322910.jpg
Oxunub: 399     17:00     29 May 2025    
ABŞ Rusiyaya qarşı banklar və enerji sektoruna məhdudiyyətləri əhatə edən sanksiya paketi hazırlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, tədbirlər paketi ölkə Prezidenti Donald Tramp müvafiq göstəriş verdiyi təqdirdə qüvvəyə minə bilər.

"ABŞ rəsmiləri Rusiyaya qarşı bank və enerji sektorlarında tədbirləri əhatə edən yeni iqtisadi sanksiyalar hazırlayıblar. Onların sözlərinə görə, sanksiya paketi hazırdır və Trampdan müvafiq göstəriş gəldiyi təqdirdə qüvvəyə minə bilər", - Rusiyaya mənbələr bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin