Hindistan qabaqcıl stels tipli döyüş təyyarəsi AMCA üçün inkişaf planını təsdiqləyib

2025/05/1748500520.jpg
Oxunub: 465     17:05     29 May 2025    
Hindistan qabaqcıl stels tipli döyüş təyyarəsi AMCA üçün inkişaf planını təsdiqləyib.

Ordu.az xəbər verir ki, qərar regionda artan gərginlik və Pakistanla qarşıdurmalardan sonra qəbul edilib.

Hindistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, layihə dövlət tərəfindən dəstəklənən “Aeronautical Development Agency” tərəfindən həyata keçiriləcək.

Açıqlamada iki mühərrikli, 5-ci nəsil döyüş təyyarəsinin prototipi üçün müdafiə sənayesi şirkətlərindən qısa müddət ərzində ilkin təkliflərin alınacağı bildirilib.

Stels tipli döyüş təyyarəsi layihəsi Hindistan Hərbi Hava Qüvvələri (HHQ) üçün böyük əhəmiyyət kəsb edir. Çünki indiki park daha çox Rusiya və keçmiş sovet istehsalı olan təyyarələrdən ibarətdir. Digər tərəfdən Çin HHQ-sini sürətlə gücləndirir, habelə Pakistan Çinin ən qabaqcıl döyüş təyyarələrindən biri olan J-10 modelini inventarına əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   AMCA  


Bizi "telegram"da izləyin