Rusiya Mali və ətraf ərazilərdə döyüş vasitələri yerləşdirir

2025/05/1748500361.jpg
Oxunub: 389     15:03     29 May 2025    
Rusiya Ekspedisiya Korpusu kimi tanınan Rusiyanın Afrika Korpusu Malidə fəaliyyət göstərən BMP-3 piyada döyüş maşınları və “Mi-8AMTSh-VA” helikopterlərinin görüntülərini yayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, görüntünün yayımlanması Rusiya hərbi karvanlarının Maliyə getməsi ilə bağlı xəbərlərdən sonra baş verib və yeni yaradılmış Korpusun keçmiş “Vaqner” aktivlərini gücləndirməyə və ya əvəz etməyə başladığına dair iddiaları dəstəkləyib.

Regional analitiklərin fikrincə, BMP-3 kimi zirehli döyüş vasitələrinin yerləşdirilməsi Rusiyanın Afrikada Rusiya bayrağı altında daha rəsmi hərbi mövcudluğundan xəbər verir.

“Vaqner”in keçmiş əməliyyatlarını əvəz etmək üçün nəzərdə tutulan bölmə Moskvanın strateji təsirini Saheldən Mərkəzi Afrika Respublikasına genişləndirməyi hədəfləyən strategiyaya uyğun fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Mali   BMP-3  


Bizi "telegram"da izləyin