Tramp ABŞ və Aİ arasında ticarət razılaşmasının əldə ediləcəyinə nikbin yanaşır

2025/05/1748152954.jpg
Oxunub: 489     18:49     27 May 2025    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Aİ ilə ticarət sazişinə nail olacağına ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkələrdə yazıb.

"Mənə indicə məlumat verilib ki, Aİ görüşlər üçün tarixləri mümkün qədər tez müəyyənləşdirmək çağırışı ilə çıxış edib. Bu, müsbət inkişafdır", - Tramp yazıb.

Eyni zamanda, o əmin olduğunu bildirib ki, əgər bu ticarət sövdələşmələri həyata keçirilərsə, həm Aİ, həm də Çin "xoşbəxt və uğurlu" olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ    


Bizi "telegram"da izləyin