Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər iki ölkənin enerji, xüsusilə Türkiyədə “Akkuyu” AES-in tikintisi sahəsində əməkdaşlığını, həmçinin "Türk axını" və "Mavi axın" boru kəmərlərinin təhlükəsizliyini müzakirə ediblər.
Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, 2024-cü ildə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 52 milyard dolları ötüb. O, tərəflərin ticari-iqtisadi əməkdaşlıq üzrə qarışıq komissiyanın 19-cu iclasının keçirilməsinə hazırlaşdığını vurğulayıb: "Biz nazirliklərimizin aidiyyəti qurumlarla sıx təmasda olacağını razılaşdırdıq".
Ordu.az