Qəzza danışıqlarında iştirak edən tərəflər məsləhətləşmələri davam etdirir

2025/05/1748236361.jpg
Oxunub: 400     06:52     27 May 2025    
Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gəlmək üçün məsləhətləşmələri davam etdirirlər.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə Misirin “Əl-Qahira əl-İxbariyyə” telekanalı çıxış edib.

Telekanalın mənbəsinə görə, Qahirə, Doha və Vaşinqton hazırda Qəzzada atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı yaxın koordinasiyadadır.

Telekanal vurğulayır ki, Misir tərəfi tərəfləri razılaşmaq üçün lazımi çevikliyi göstərməyə çağırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Danışıqlar  


Bizi "telegram"da izləyin