Ordu.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“Vladimir Putin Aleksandr Lukaşenkoya zəng edərək İstanbulda danışıqlar zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq mayın 23-25-də Qomel vilayətindəki Novaya Quta sərhəd-keçid məntəqəsində məhbusların mübadiləsinin təşkilində göstərdiyi köməyə görə dərin minnətdarlığını bildirib”, - məlumatda bildirilir.
Mətbuat xidməti həmçinin bildirib ki, dövlət başçıları telefonla Belarus-Rusiya gündəminin əsas cari məsələləri və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Ordu.az