Ordu.az-ın EFE agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik rəhbəri bu barədə İspaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
“Heç bir ölkə, o cümlədən Almaniya hazırkı vəziyyətin (İsrailin Qəzza zolağındakı hərəkətləri – red.) məqbul olduğunu və ona bundan sonra da dözülə biləcəyini demir”, - Vadeful bildirib.
Lakin onun sözlərinə görə, xarici təhdidlər fonunda İsrailin təhlükəsizliyinin təmin edilməsi Almaniya üçün dövlət siyasətinin əsası olaraq qalır.
“Bura, sözsüz ki, gələcəkdə silah (İsrailə - red.) tədarük etməyə hazır olmaq da daxildir”, - o bildirib.
Bundan əvvəl Bundestaqın Sosial Demokrat Partiyası fraksiyasından hakim koalisiyaya daxil olan bir qrup deputatı Fələstin anklavındakı vəziyyətlə əlaqədar Almaniya hakimiyyətindən İsrailə silah ixracını dayandırmağı tələb edib.
Ordu.az