Ordu.az xəbər verir ki, bunu təcili yardım xidmətinin nümayəndəsi Deyv Kitçin mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hadisə yerinə gələn həkimlər yüngül xəsarətlər alan və xəstəxanaya yerləşdirilməsi tələb olunmayan daha 20 nəfərə yardım edib.
Baş polis rəisinin köməkçisi Cenni Simms hadisənin terror hücumu kimi qiymətləndirilmədiyini bildirib.
"Sizə deyə bilərəm ki, bunu bir hadisə kimi qiymətləndiririk. Hadisəyə terror aktı kimi baxılmır. Avtomobil hadisə yerində dayanıb və sürücü olduğu güman edilən Liverpuldan olan 53 yaşlı britaniyalı saxlanılıb. Hadisəyə səbəb olan halların müəyyən edilməsi üçün geniş araşdırma aparılır, insanların təxmin etməmələri və sosial mediada dezinformasiya yaymamaları çox vacibdir”, - o deyib.
***
Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.
Ordu.az xəbər verir ki, bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.
"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.
***
Liverpulda avtomobil insan izdihamına çırpılıb.
Ordu.az xəbər verir ki, bu haqda Liverpul polisi məlumat yayıb.
Belə ki, bir nəfər yerli futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan kütləsinin üzərinə avtomobil sürüb.
Sürücü polis tərəfindən saxlanılıb. İnsan tələfatı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.
“Daily Telegraph” qəzeti 17 nəfərin öldüyünü yazıb.
Ordu.az