“SAHA olaraq 2015-ci ildə cəmi 27 üzvlə bu yola çıxdıq, indi isə 1300-dən çox üzvə çatdıq” - Haluk Bayraktar

2025/05/1748247939.jpg
Oxunub: 464     15:10     26 May 2025    
2025-ci il mayın 24-də SAHA-nın 6-cı Baş Assambleyası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Toplantıya “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay, sənaye və texnologiya naziri M. Fatih Kacır və çoxlu sayda üzv qatılıb.

“SAHA İstanbul”un yaranmasının 10-cu ildönümü ilə bağlı keçirilən 6-cı Adi Baş Assambleyasında İdarə Heyətinin sədri Haluk Bayraktar Türkiyə müdafiə sənayesi haqqında təqdimatla çıxış edib.

“SAHA olaraq 2015-ci ildə cəmi 27 üzvlə bu yola çıxdıq, indi isə 1300-dən çox üzvə çatdıq. Bu gün 49 şəhərdə fəaliyyət göstərən şirkətlərimiz, 29 üzv universitetimiz, maraqlı tərəf olan qurum və təşkilatlarımızla Türkiyə və Avropanın ən böyük sənaye klasterinə çevrilmişik.

Bu böyük uğurda əməyi olan bütün qurum və təşkilatlarımıza, habelə “SAHA İstanbul”dakı komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Türkiyə NATO daxilində öz texnoloji kimliyini quran bir ölkə kimi seçilir. İdxal tərəfində Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin yüksək payı bu bölgələrdə təhlükəsizlik ehtiyaclarının və modernləşdirmə səylərinin nə qədər sıx olduğunu göstərir.

Bu qlobal dinamikalar Türkiyənin özünəməxsus texnologiyaları ilə bu bazarlarda daha aktiv rol oynaması üçün böyük bir fürsət təqdim edir. Müdafiə və aviasiya sənayesində əldə etdiyimiz uğurlar təkcə öz sektoral sərhədlərimiz daxilində qalmayıb. Bu, həm də ümumi sənaye istehsalımızın texnoloji səviyyəsini yüksəldib”, - deyə Bayraktar qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAHA   NATO  


Bizi "telegram"da izləyin