ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlarda ardıcıl siyasət yürütmür - Tehran

2025/04/1745729334.jpg
Oxunub: 418     16:21     23 May 2025    
ABŞ İranla aparılan danışıqlarda ardıcıl siyasət yürütmür və bu, nüvə proqramı ilə bağlı məsələnin nizamlanmasını çətinləşdirir.

Ordu.az xəbər verir ki, belə bir bəyanatla İran XİN rəhbərinin müavini Məcid Taxt-Rəvançi çıxış edib.

“Amerikalıların danışıqlar aparmaq üsulu özünəməxsusdur. Onlar daima öz mövqelərini dəyişirlər. Prezident Tramp hərdən İranla saziş bağlamaq istədiklərini deyir, amma iki gün keçməmiş İrana hədə-qorxu gəlməyə başlayır. Onlara nə lazım olduğunu amerikalılar seçməlidirlər – münaqişə və ya saziş”, - deyə nazir müavini "Der Spiegel" nəşrinə verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, təxminən bir ay yarım əvvəl ABŞ İranın uranı 3,67% səviyyəsində zənginləşdirməsini təklif etmişdi. Lakin sonradan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib ki, Tehran, ümumiyyətlə, uranı zənginləşdirməkdən imtina etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin