Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi çoxmillətli “Anadolu Ankası-2025” təlimi çərçivəsində keçirilən brifinqdə çıxış edən 3-cü Əsas Reaktiv Baza komandiri və Əskişəhər Qarnizonu komandiri türkiyəli hərbi qulluqçuların hazırlığını və yerli müdafiə sənayesinin təlimlərində təsirli məhsullar nümayiş etdirdiyini vurğulayıb.
Təlimdə iştirak edən xarici hərbi personalın Türkiyə istehsalı məhsullara göstərdiyi maraqdan məmnunluğunu ifadə edən general-mayor Kuş qeyd edib: “Biz burada başqa ölkələrlə işləyərkən, iki şeylə qürur duyduq. Birincisi Türkiyə Silahlı Qüvvələrinin təlimidir. Başqa ölkələrlə müqayisə etdikdə Türkiyə ordusunun fərqi göz qabağındadır”.
Kuş Türkiyə müdafiə sənayesinin imkanlarını bu sözlərlə vurğulayıb:
“İkincisi bizim qəhrəman müdafiə sənayemizdiz. Almanların öz Pilotsuz Uçuş Aparatları (PUA) var, amma bizim “Akıncı” PUA-mızı “Kaşki mənim olsa” deyə heyranlıqla gündə 6 saat izlədilər. Eyni şəkildə “Anka”mızı, TB2-mizi, “Hürkuş”umuzu izlədilər”.
Sevinc Əliyeva
Ordu.az