ABŞ-də israilli diplomatların qətlində şübhəli bilinən şəxs barəsində edam qərarı çıxarıla bilər

2025/05/1747984677.jpg
Oxunub: 442     10:58     23 May 2025    
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs ölümə məhkum oluna bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Federal Təhqiqat Bürosunun (FTB) sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, şübhəli Elias Rodriqesə xarici rəsmi şəxslərin qətlində ittiham irəli sürülüb ki, bu da ölüm cəzası ilə cəzalandırılır.

Məlumata görə, öldürülənlərdən biri Yaron Lişçinski İsrail vətəndaşı idi. İkinci qurban Sara Milqrim də səfirlikdə işləyirdi.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən atışma nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Onlar muzeydə keçirilən tədbiri tərk edərkən şübhəli şəxs atəş açıb. Atəş açan şəxs saxlanılıb. Həbs zamanı saxlanılan şəxs "Fələstinə azadlıq!" şüarını qışqırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Diplomat  


Bizi "telegram"da izləyin