Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı dinləmələr keçirəcək

2024/02/1708748256.jpg
Oxunub: 2754     10:13     23 May 2025    
Avropa İttifaqı Şurası mayın 27-də Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

Ordu.az xəbərə verir ki, bu barədə məlumat qurumun saytında dərc olunub.

"Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər", - proqramda deyilir.

Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmisi Budapeştin ictimaiyyətin, ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Macarıstan  


Bizi "telegram"da izləyin