Ordu.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verən Kallas nazirlərin Aİ-nin yeni müdafiə planları çərçivəsində razılaşdıqlarını və onların həyata keçirilməsini müzakirə etdiklərini bildirib.
“Biz həmçinin necə birlikdə işləyə biləcəyimizi və tədarükləri necə birlikdə həyata keçirə biləcəyimizi müzakirə etdik. İyun ayında keçiriləcək Aİ sammitinə qədər irəliləməyə ehtiyacımız var”, - deyə o qeyd edib.
Kallas Ukraynada müharibənin başlamasından sonra 2022-ci ilin martında Aİ-nin qəbul etdiyi “Strateji Kompas”da qeyd edilən, Aİ-nin müdafiə sahəsində inkişaf etməsində və qərar qəbul etməsində operativ bələdçi rolunu oynayacaq 5000 nəfərlik “sürətli müdaxilə qüvvəsi”nin fəaliyyətə başladığını açıqlayıb.
“Bu güc Avropaya böhran baş verəndə, daha tez hərəkət etməyə imkan verəcək”, - deyə Kallas əlavə edib.
Sevinc Əliyeva
Ordu.az