PUA hücumları nəticəsində yüzlərlə sərnişin Moskva aeroportlarında qalıb

2025/05/wide_-1747902644.jpg
Oxunub: 432     12:29     22 May 2025    
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumları səbəbindən yüzlərlə sərnişin Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında qalıb.

Ordu.az yerli mediaya istinadla xəbər verir ki, mayın 22-si səhər saatlarına olan məlumata görə, Vnukovoda azı 13, Domodedovoda isə 11 reys gecikib. Təyyarələrin qəbul edilməsində də gecikmələr qeydə alınır. Gözləmə otaqlarında çoxlu sayda sərnişin qalır. Onlardan bəziləri gecə vaxtı uçmalı idi, lakin uçuş vaxtı bir neçə dəfə təxirə salınıb.

Mer Sergey Sobyaninin verdiyi məlumata görə, mayın 22-də Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 28 PUA hücumunu dəf edib. Dağıntıların olduğu yerlərə təcili yardım xidmətləri cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Moskva  


Bizi "telegram"da izləyin