Ordu.az xəbər verir ki, NATO-nun baş katibi yaxın gələcəkdə çəkindirmə üçün müdafiə xərclərinin artırılmasının lazım olduğuna diqqət çəkib.
“Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, indi özümüzü müdafiə edə bilərik. Əgər (Rusiya prezidenti-red.) Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım 3-5 il sonra ilə bağlıdır. Bəziləri 7 ildən sonra deyirlər. Ancaq ən azından yaxın gələcək üçün müdafiəyə daha çox pul xərcləməsək, həqiqətən problemimiz olacaq”, - deyə o qeyd edib.
Rutte bu təhlükənin Estoniya və Polşa kimi Rusiya ilə sərhədləri paylaşan ölkələrə yönəldiyini düşünmə səhvinə qarşı xəbərdarlıq edib.
“Rusiyanın ən son raket texnologiyası ilə bu, artıq belə deyil. Polşaya hücumla Rotterdama hücum arasında fərq beş dəqiqədir. Beləliklə, təkcə xəritədə şərq cinahında olanlar deyil, biz hamımız NATO-nun şərq cinahındayıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az