Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.
DIA-nın 2025-ci il Dünya Təhdidlərinin Qiymətləndirilməsi Hesabatında sözügedən raketlərin növü xüsusi qeyd edilməsə də, ekspertlər onun R-37M (NATO kod adı: “AA-13 Axehead”) çox uzun mənzilli raketinin nüvə başlıqlı versiyası olduğunu qiymətləndirirlər.
Sovet İttifaqı dövründə hazırlanmış və o dövrdə strateji bombardmançı təyyarələri məhv etmək üçün nəzərdə tutulan “hava-hava” tipli nüvə raketləri Soyuq müharibədən sonra rəflərə buraxılmışdı.
Lakin R-33S kimi sistemlərin mövcud olduğu məlumdur və DIA hesabatında “yeni “hava-hava” nüvə raketləri” ifadəsi ilə birlikdə R-37M-in nüvə variantı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az