ABŞ Polşanın GBU-39/B Kiçik Çaplı Bombası almaq istəyini təsdiqləyib

2025/05/1747897729.jpg
Oxunub: 400     12:00     22 May 2025    
ABŞ Dövlət Departamenti mayın 21-də Polşanın GBU-39/B Kiçik Çaplı Bombası (SDB) almaq istəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, “Boeing” tərəfindən istehsal edilən bu dəqiq idarə olunan döyüş sursatları Polşa Hərbi Hava Qüvvələrinin çoxməqsədli döyüş təyyarələrində istifadə olunacaq.

ABŞ-dən verilən açıqlamaya görə, Polşa 1400 GBU-39/B və 4 GBU-39/T-1 təlim sursatı almaq istəyir.

Paketə, həmçinin ölçü və çəki maketləri, diaqnostika avadanlıqları, ehtiyat hissələri, operativ dəstək xidmətləri, təlim və logistik dəstək daxildir.

Ümumi təxmini dəyərin 180 milyon dollar olduğu bildirilir, ancaq yekun rəqəm hökumətlərarası Satış və Qəbul Məktubunun (LOA) imzalanmasından sonra açıqlanacaq. Potensial satışın əsas podratçısı “Boeing” olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ  


Bizi "telegram"da izləyin