Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək

2025/04/1743661197.jpg
Oxunub: 584     10:38     22 May 2025    
İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək.

Ordu.az-ın "Times of Israel"ə istinadən məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Mən İsrail missiyalarının, dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verdim", - o bildirib.

Netanyahu ABŞ Prezidenti Donald Trampa və Baş prokuror Pem Bondiyə "antisemitizmə qarşı aydın mövqelərinə görə" təşəkkür edib.

Qeyd edək ki, Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb. Şübhəli şəxs saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Diplomatik-missiya  


Bizi "telegram"da izləyin