Əl-Şəraa: İsrail müdaxiləsinin dayandırılması üçün Suriyanın Aİ-nin dəstəyinə ehtiyacı var

2025/05/1747890886.jpg
Oxunub: 1577     01:46     22 May 2025    
Suriya lideri Əhməd Əl-Şəraa və Avropa Şurasının rəhbəri Antoniu Koşta arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Söhbət zamanı Aİ-nin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi məsələsi müzakirə olunub.

Əl-Şəraa Aİ rəhbərliyinə və üzv dövlətlərə sanksiyaların aradan qaldırılması ilə bağlı qəbul etdikləri qərara görə təşəkkür edib və bu addımı "ölkənin daha sabit gələcəyə doğru irəliləməsinə təkan verəcək tarixi qərar" adlandırıb.

O, beynəlxalq ictimaiyyətin bu mərhələdə Suriyaya dəstəyinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Əl-Şəraa bildirib ki, İsrailin müdaxiləsi Suriyaya təsir göstərməkdə davam edir.

Onun sözlərinə görə, bu müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqının dəstəyi zəruridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya    


Bizi "telegram"da izləyin