Səudiyyə Ərəbistanı THAAD komponentlərinin yerli istehsalını artırır - HESABAT

2025/05/1747459309.jpg
Oxunub: 529     12:51     23 May 2025    
Səudiyyə Ərəbistanı Ər-Riyadın yerli istehsalını artırmaq üçün “Lockheed Martin” ilə ortaqlığın bir hissəsi olaraq “Terminal High Altitude Area Defense” (THAAD) raket buraxılış qurğusu üçün ilk yerli hissələri istehsal etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, istehsalla bağlı məlumatlar müəssisənin tərəfdaşları “Lockheed Martin”, Səudiyyə Ərəbistanının Hərbi Sənaye Baş İdarəsi və “Arabian International Company for Steel Structures” (AIC) arasında Ciddədə keçirilən görüşdə açıqlanıb.

Məlumata görə, müdafiə rəsmiləri və sənaye nümayəndələri THAAD sistemi üçün Portativ Raket Daşıma Platformasının (MRP-T) istehsal prosesi ilə tanış olublar.

“AIC Steel”in rəhbəri Vasim Attieh açıqlamasında deyib: “Lockheed Martin” THAAD Silah Sisteminin belə kritik komponentinin yerli istehsalını hazırlamaq, son nəticədə inkişaf etdirmək üçün lazım olan alətlər və təlimlərin təmin edilməsində əla tərəfdaş oldu”.

THAAD qısa və orta mənzilli ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş, ABŞ istehsalı olan raketdən müdafiə sistemidir. O, həm Yer atmosferinin daxilində, həm də xaricində fəaliyyət göstərə bilər. 2022-ci ilin mart ayında sistem PAC-3 MSE önləyicisi isə uğurlu bir şəkildə inteqrasiya edilərək, nişan alma mənzilini və əməliyyat çevikliyini genişləndirib.

Səudiyyə Ərəbistanı ABŞ-dən silah idxalına arxalanaraq, yerli müdafiə istehsalını artırmaq üçün böyük sərmayələr qoyur. “Vizion 2030” çərçivəsində Ər-Riyad xarici müdafiə firmalarını yerli mövcudluq yaratmağa həvəsləndirir, müdafiə xərclərinin 50 faizinin yerli istehsal və xidmətlər vasitəsilə yerliləşdirilməsi hədəfini dəstəkləyir.

Ötən ay ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3,5 milyard dollar dəyərində AIM-120C-8 AMRAAM raketlərinin satışını təsdiqləyib. Mart ayında Vaşinqton Ər-Riyad üçün 2000 APKWS II lazerlə idarə olunan sursatı üçün 100 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   THAAD  


Bizi "telegram"da izləyin