Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bank of America”nın ev sahibliyi etdiyi konfransda şirkətin maliyyə direktoru Evan Skott bildirib ki, Pentaqon hər iki tərəfi vahid müqavilə çərçivəsində birləşdirməyi planlaşdırır.
“Müştərimiz “Lot 18” və “Lot 19”un tək bir müqavilə kimi veriləcəyini deyir”, - deyə Skott qeyd edib.
Skott vurğulayıb ki, birləşmiş saziş nəzərdə tutulduğundan gec imzalana bilər.
Tək bir müqavilə imzalanması prosesi sürətləndirə və daha yüksək ümumi sifariş miqdarına imkan verə bilər.
Sevinc Əliyeva
Ordu.az