ASELSAN-la BMC quru platformalarının faydalı yükləri üçün razılığa gəlib

2025/05/1747293314.jpg
Oxunub: 385     13:51     23 May 2025    
ASELSAN və “BMC Savunma Sanayi ve Ticaret AŞ” arasında quru platformalarının faydalı yükləri üçün ümumi dəyəri 55 milyon 664 min dollar olan müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, ASELSAN Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni iş əlaqələrini açıqlayıb.

“ASELSAN ilə “BMC Savunma Sanayi ve Ticaret AŞ” arasında quru platformalarının faydalı yükləri çərçivəsində ümumi dəyəri 55,664,000 ABŞ dolları olan müqavilə imzalanıb. Müqavilə üzrə tədarüklər 2029 və 2030-cu illərdə həyata keçiriləcək”, - deyə açıqlmada qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   BMC  


Bizi "telegram"da izləyin