Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Estoniya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ilk məhsullar ən geci 2026-cı ilin birinci yarısında hazır olacaq.
Məlumata görə, "Meridein Grupp" bir sıra tərəfdaşlarla, o cümlədən Ukraynanın PUA istehsalçıları ilə Baltikyanı ölkələrdə obyekt qurmaq üçün ilkin müqavilələr imzalayıb.
Bildirilib ki, yeni müəssisədə dövlət sektoru ilə yanaşı, sektorun aparıcı qlobal şirkətləri üçün PUA-lar istehsal olunacaq.
"Meridein Grupp"un inkişaf üzrə meneceri Eduard Vainu açıqlamasında deyib: "İmzalanmış müqavilələrə FPV tipli PUA-ların, yəni hücum, bombardman və kəşfiyyat tipli PUA-ların istehsalı daxildir".
Təhlükəsizlik səbəbilə obyektin potensial yeri açıqlanmayıb, ilk məhsulların ən geci gələn ilin birinci yarısında hazır olacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az