Ordu.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tələb olunan bildirişi Konqresə təqdim edib.
BƏƏ hökuməti havadan-havaya yanacaqdoldurma zondu və uzadılmış yanacaq çənləri ilə təchiz edilmiş 6 “CH-47F Blok II Chinook” helikopterinin alınmasını xahiş edib.
Satış əlavə olaraq 16 ədəd T-55-GA-714A mühərriki (12-si quraşdırılmış, 4-ü ehtiyat), 14 ədəd “M-Code” dəstəkli GPS/INS cihazı (12-si quraşdırılmış, 2-si ehtiyat), 8 ədəd AN/AAR-57 Birgə Raket Xəbərdarlıq Sistemi (6-sı quraşdırılmış, 2-si ehtiyat), 20 ədəd AN/ARC-231A COMSEC rabitə cihazı (18-i quraşdırılmış, 2-si ehtiyat), 20 ədəd M-240 pulemyotu (18-i quraşdırılmış, 2-si ehtiyat), radar xəbərdarlıq qəbulediciləri, lazer aşkarlama dəstləri və rabitə avadanlıqlarını əhatə edir.
Əlavə komponentlərə təyyarənin sağ qalma avadanlığı, uçuş zamanı yanacaq doldurma qabiliyyəti, sürətli ip sistemləri və yanğınsöndürmə vasitələri daxildir. Paketə, həmçinin ehtiyat hissələri, təlim, texniki sənədlər və logistik dəstək daxildir. “Boeing” və “Honeywell” şirkətləri əsas podratçılar kimi yer alır.
Sevinc Əliyeva
Ordu.az