Cənubi Koreyanın “Daegu” sinfinə məxsus freqatlarında struktur qüsurları aşkarlanıb

2025/05/1747288942.jpg
Oxunub: 410     16:31     23 May 2025    
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin (ROKN) “Daegu” sinfinə məxsus 8 freqatında ciddi struktur qüsurlarının aşkar edildiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “BusinessKorea” məlumat yayıb.

Məlumata görə, bu gəmilərdəki bəzi komponentlərin gözlənildiyindən daha tez-tez texniki qulluğa ehtiyacı olduğu aşkarlanıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri “Hanwha Ocean” (köhnə adı ilə “Daewoo Shipbuilding and Marine Engineering”) və “HD Hyundai Heavy Industries” tərəfindən 2015-2023-cü illər arasında inşa edilən bu freqatlarda dizayn çertyojlarında göstərilən materiallardan fərqli və daha aşağı güclü ərintilərdən istifadə etdiyini təsdiqləyib.

Ötən il yanacaq xətlərində çat və sızma şikayətlərindən sonra aparılan yoxlamalar zamanı qüsurlar aşkar edilib.

İstintaq müəyyən edib ki, bütün freqatların yanacaq xətlərində dizayn tələblərinə cavab verməyən, aşağı möhkəmliyə malik olan boru materiallarından istifadə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Daegu  


Bizi "telegram"da izləyin