“Financial Times”: Türkiyə Avropanın müdafiəsində mühüm rol oynayır

2025/05/1747288892.jpg
Oxunub: 446     15:00     23 May 2025    
ABŞ-nin müttəfiqliklərini yenidən formalaşdırması və Rusiyanın artan təhdidləri Türkiyənin Avropa təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

NATO-nun cənub-şərq cinahında mühüm rol oynayan Türkiyə son zamanlar müdafiə sənayesindəki irəliləyişləri və geosiyasi çəkisi ilə diqqət çəkib.

Ötən ay Türkiyənin müdafiə sənayesi üçün tarixi dönüş baş verib. “Baykar” tərəfindən hazırlanan və “TCG Anadolu” gəmisindən havaya qalxan bir “Bayraktar TB3” zərbə tipli pilotsuz uçuş aparatı qısa bir tapşırıq uçuşundan sonra göyərtəyə təhlükəsiz şəkildə eniş edib.

“Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar bu uğuru “Dənizlərə yenidən hökm etmə” olaraq dəyərləndirib. “Bir zamanlar Barbaros Hayrəddinin nəvələri olaraq dənizlərə hökm etdik, bu gün isə yeni bir dünyanın qapılarını açdınız”, - deyə o qeyd edib.

Türkiyənin hərbi gücü Avropanın strateji hesablamalarında getdikcə daha çox əhəmiyyət kəsb edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın təhlükəsizliyinin Türkiyəsiz düşünülə bilməyəcəyini ifadə edərək, ölkəsinin müdafiə sənayesindəki inkişafları və onun regional rolunu vurğulayır. Ötən ay İstanbulda ABŞ, Ukrayna və Rusiya liderlərini bir araya gətirə biləcək üçtərəfli zirvə görüşünü təklif edən Ərdoğan qlobal diplomatiyada fəal rol oynamağa davam edir.

Ankaranın artan hərbi çəkisi NATO-nun Avropa cinahında ən böyük silahlı qüvvələrin olmasından irəli gəlir. 355 min aktiv şəxsi heyəti olan Türkiyə Silahlı Qüvvələri Qara dənizdəki strateji dəniz zolaqlarına nəzarət edir, Suriya, Liviya və Somali kimi kritik bölgələrdə əməliyyat təcrübəsinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Avropa   Müdafiə  


Bizi "telegram"da izləyin