Bu gün Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçiriləcək

2025/05/1747126958.jpg
Oxunub: 414     12:58     13 May 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (SSİK) toplantısı Türkiyə müdafiə sənayesi üçün kritik əhəmiyyət kəsb edən layihələrin qiymətləndiriləcəyi və yeni satınalma qərarlarının veriləcəyi mühüm toplantı olacaq.

Ordu.az xəbər verir ki, bu toplantıda Türkiyənin müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyan bir çox strateji layihələr müzakirə olunacaq.

İclasın bu gün saat 17:00-da başlaması gözlənilir.

SSİK-in sonuncu iclası 2024-cü il avqustun 6-da Prezident Kompleksində keçirilib və təxminən 2,5 saat davam edib.

Həmin iclasda qəbul edilən qərarlar Türkiyənin müdafiə sənayesinin gələcək yol xəritəsini müəyyənləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi   İcraiyyə-Komitəsi  


Bizi "telegram"da izləyin